Saakyan İrəvandakı rəsmi tədbirə qatılmadı – Səbəb

Saakyan İrəvandakı rəsmi tədbirə qatılmadı –

İrəvanda, Ermənistanın Respublika Gününə həsr olunmuş rəsmi bayram tədbirinə qondarma “dqr” separatçılarının başçısı Bako Saakyan qatılmayıb.

Axar.az xəbər verir ki, olaya münasibət bildirən politoloq Erkin Qədirli Saakyan tədbirə dəvət edilib-edilməməsinin bilinmədiyini deyib.

“Fakt odur ki, o, bu tədbirə getməyib. Onun yerinə qondarma “dqr”ın “parlament sədri” gedib. Bundan əlavə, yaxın günlərdə azadlığa buraxılmış Robert Köçəryan öz tərəfdarlarıyla görüşlərə başlayıb. Paşinyanla Qarabağ klanı arasında gərginlik getdikcə güclənir”, - politoloq bildirib.

E.Qədirli qeyd edib ki, paşinyan sərbəst oyunçu olmağa çalışır:

“Amma ölkəsinin Rusiyadan önəmli dərəcədə asılılığı onun oyun sahəsini və imkanlarını çox daraldır. Üstəlik, Qarabağ klanı bütövlüklə Rusiyanın əlindədir, Rusiyanın əlinə oynayır. Rusiyanın əlində bu qarşıdurma Ermənistanın yeni rəhbərliyinin Azərbaycanla güman oluna biləcək yaxınlaşmasının qarşısını almaq üçün bir vasitədir. Ter-Petrosyanın devrilməsi, sonra da (Köçəryanın dönəmində) Ermənistan parlament sədrinin, baş nazirin və daha bir neçə yüksək rəhbər şəxsin öldürülməsi belə bir gümanın Rusiyada hər zaman ağılda tutulduğunu göstərir”.

Politoloq bildirib ki, Paşinyan Rusiyadan müstəqil olmaq istəyirsə, gərək işğal olunmuş torpaqları Azərbaycana qaytarsın:

“Problem ondadır ki, işğal olunmuş torpaqlar Paşinyanın əlində deyil. Ermənistanın Qarabağdan, hətta Qarabağ məsələsindən asılılığı çox böyükdür və bu, Ermənistan üçün çox ağır yükdür”.

E.Qədirli Paşinyanın hakimiyyətə gəldiyi ilk günlərdə verdiyi vədin önəmindən də danışıb:

“Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdə erməni əsilli məşhur iqtisadçı alim Daron Əcəmoğlunu özünə iqtisadiyyat üzrə müşavir təyin edəcəyini söyləmişdi, amma alınmadı. Əcəmoğlu nə edə bilərdi? İqtisadçı alim kimi torpaqların qaytarılmasını məsləhət görməli olacaqdı, çünki işğal Ermənistan iqtisadiyyatı üçün çox baha başa gəlir. Üstəlik, işğal olunmuş torpaqlara yatırılan pullar Qarabağ klanı tərəfindən yeyilir. Yəni, korrupsiyayla mübarizə üçün də torpaqların qaytarılması önəmlidir. Di gəl ki, Əcəmoğlu belə bir məsləhəti vermiş olsaydı, pis erməni olacaqdı. Belə bir məsləhəti verməmiş olsaydı, iqtisadçı alim kimi nüfuzunu itirəcəkdi”.

Qeyd edək ki, 28 mayda İrəvanda, Ermənistanın Respublika Gününə həsr olunmuş rəsmi bayram tədbirinə qondarma “dqr” separatçılarının rəhbəri Bako Saakyan qatılmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
719 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...