“Taliban” həbsxanaları boşalır: daha 33 nəfər azad edildi

“Taliban” həbsxanaları boşalır:

Əfqanıstan təhlükəsizlik qüvvələri 33 nəfəri “Taliban” radikal hərəkatının həbsxanasından azad edib. RİA Novosti xəbər verir ki, xilasetmə əməliyyatı Sanqin rayonunda və Hilmənd vilayətində aparılıb. Əfqanıstan Müdafiə Nazirliyi bildirir ki, azad edilənlər arasında bir nəfər dinc sakin də var.

Ötən gün “Taliban”ın Zabul vilayətində yerləşən həbsxanasından 28 nəfərin azad edildiyi barədə məlumat yayılmışdı. Onlardan 16-sı dinc sakin, 12-si güc strukturlarının əməkdaşıdır. Qeyd edək ki, Əfqanıstanda “Taliban”la hakimiyyət qüvvələri arasında qarşıdırma uzun illərdir davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
530 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...