Paşinyanın partiyasından olan deputat mandatdan imtina edib

Paşinyanın partiyasından olan deputat mandatdan imtina edib

Ermənistanın hakim “Mənim addımım” Partiyasından olan deputatı Narine Xaçaturyan (Tuxikyan) mandatdan imtina edib.

“Report” “Panorama.am”a istinadən xəbər verir ki, o, istefa ərizəsini parlament rəhbərliyinə təqdim edib. Qanunverici orqanın sədri Ararat Mirzoyanın sözlərinə görə, N.Xaçaturyan bir həftə ərzində ərizəsini geri götürməzsə, bu onun deputat səlahiyyətlərindən imtinası kimi qəbul olunacaq.

N.Xaçaturyan deputat mandatından imtina etməsinin səbəbini açıqlamayıb. Qeyd edək ki, “Mənim addımım” Partiyasının lideri Ermənistanın baş naziri Nikol Paşinyandır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
519 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...