Polislərə iş vaxtı spirtli içki içməyə icazə verildi

Polislərə iş vaxtı spirtli içki içməyə icazə verildi

Belçikada polislərə spirtli içki qəbul etməyə icazə verilib. Gundeminfo.az xəbər verir ki, federal polisdə 6 ildir tətbiq olunan spirtli içki qadağasının polislərin sosial həyata uyğunlaşmasına mane olduğu səbəbilə ləğv olunub.

Bundan sonra polislərə "tərbiyəli içmək" şərtilə xüsusi günlərdə və tədbirlərdə pivə, şərab kimi içkilərdən istifadə edə biləcək. Qeyd edək ki, Belçikada spirtli içki qadağası 20120-ci ildə federal polisin sabiq baş komissarı Katerina De Boll tərəfindən qoyulmuşdu.

"Het Nieuwsblad" qəzetinin araşdırmasına görə, polislərin motivasiyasını artırmaq üçün təşkil olunan Yeni il şənlikləri, pikniklər və həftəsonu əyləncələrinə qatılanların sayı nəzərəçarpacaq dərəcədə azalıb. Buna səbəb isə həmin əyləncələrdə spirtli içkinin qadağan edilməsi olub. Polislərin sosiallaşmasının qarşısını alan bu qadağa hökuməti də sonda hərəkətə keçirib. (publika.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
562 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...