Türkiyədə meşələr yanır

Türkiyədə meşələr yanır
Türkiyənin qərbindəki Muğla vilayətində meşə yanğınları qeydə alınıb.

Trend-in məlumatına görə, yanğın 50 hektar ərazini əhatə edib.

Alovun qarşısının alınması üçün 6 helikopter və çoxlu sayda yanğınsöndürən cəlb edilib.

Yanğının səbəbi barədə məlumat verilməyib.

Qeyd edək ki, meşələr Türkiyə ərazisinin 27,6 faizini əhatə edir. Son on il ərzində ölkədə 24 mindən çox meşə yanğını qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
785 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...