Dünya okeanı çirklənir: 12 milyon ton plastik ekosistemi dəyişir

Dünya okeanı çirklənir:

Dünya okeanına hər il 12 milyon tona qədər plastik tullantı atılır. Plastik kütlə okeanın ekosistemini dəyişərək, qlobal iqlim dəyişikliyinə və atmosferdə karbon qazının yüksək konsentrasiyasına təsir göstərir.

Bu haqda TASS Ümumdünya Vəhşi Təbiət Fonduna (WWF) istinadən məlumat yayıb.

“Okeana atılan illik plastik kütlə 5 milyon tondan 12 milyon tona qədər olur. Orta rəqəm 9,5 milyon tondur”, - deyə fondun Rusiya bölməsindən bildiriblər.

Okeanda olan tullantıların üçdə bir hissəsini mikroplastik təşkil edir. Onlar küt hala gələrək, bir növ “zibil adaları” şəklini alır. Mikroplastik həm okean canlılarının orqanizminə, həm də onların qidasına daxil olur.

Həmçinin, son 50 il ərzində atmosferdə karbon qazının yüksək konsentrasiyası müşahidə olunur. Buna qlobal iqlim dəyişikliyi, meşələrin qırılması, neft və qaz materiallarının yandırılması səbəb olur. Havanın çirklənməsindən okean sakinləri də əziyyət çəkir, belə ki, bu, dolayısı yolla okeanın qida zəncirinə öz təsirini göstərir.

“İri yırtıcı balıqların populyasiyasının 90 faizi, o cümlədən, tuna, paltus, qılınc balığı daha əvvəlki sayını bərpa edə bilməyəcək. Mərcan riflərinin yarıya qədərinə iqlim dəyişikliyinə görə böyük ziyan dəyib, onlar artıq özünübərpa etmək potensialını itirib”, - deyə fonddan qeyd olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
624 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...