Ronaldo xəstə uşağa görə avtobusu dayandırdı - Video

Ronaldo xəstə uşağa görə avtobusu dayandırdı - Video
Portuqaliya millisi və "Yuventus"un forvardı Kristiano Ronaldo kiçik azarkeşlə şəkil çəkdirmək üçün yığma komandanın avtobusunu dayandırıb.

Hadisə Portuqaliya yığmasının Millətlər Liqasının finalında Hollandiya millisi ilə qarşılaşmaq üçün keçirdiyi növbəti məşqdən qayıdan zaman baş verib.

Bildirilir ki, leykemiya xəstəsi olan 11 yaşlı uşaq əlində "Kristiano Ronaldo, qucaqla məni" yazılarının olduğu plakatla yol kənarında dayanıb. Həmin uşağı görən Ronaldo avtobusu dayandırıb və onun xahişini yerinə yetirib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
575 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...