Sel və daşqınlar Ankaranı iflic etdi

Sel və daşqınlar Ankaranı iflic etdi
İyunun 9-da axşam saatlarında Ankarada yağan güclü yağış sel və daşqına səbəb olub.

Əlverişsiz hava paytaxtın Etimesqut rayonunda böyük problemlər yaradıb.

Sel və daşqın ictimai nəqliyyatı iflic edib. Çox sayda nəqliyyat vasitəsi tunellərdə və çökəklik ərazilərdən keçən yollarda qalıb. Rayon təsərrüfatının idarə olunması çətinləşib.

Ankara Böyükşəhər Bələdiyyəsi və Etimesgut rayon rəhbərliyi təsərrüfata dəyən zərərin aradan qaldırmaq üçün tədbirlərə başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
585 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...