Ermənistanın keçmiş nazirlərinə cinayət işi açıldı - Milyonlar talanıb

Ermənistanın keçmiş nazirlərinə cinayət işi açıldı -

Ermənistanın keçmiş Maliyyə və Kənd Təsərrüfatı nazirləri Qaqik Xaçatryan və Serqo Karapetyana qarşı rəsmi ittiham irəli sürülüb. Onların adları dövlət subsidiyaları çərçivəsində fermerlərə lüqotlu qiymətlərə gübrələr ayrılması ilə bağlı cinayət işində hallanıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

KİV-in yazdığına görə, keçmiş nazirlər Ermənistan dövlətinə milyard dram məbləğində (təxminən iki milyon dollar) zərər vurub. Zərərin böyük hissəsi artıq ödənilib.

Maraqlıdır ki, Xaçatryan Karapetyanın üzərinə düşən ödənişi öz öhdəsinə götürüb.

Bundan əvvəl Ermənistanın Araqatsot vilayətində fermerlərə gübrələrin paylanması zamanı baş verən sui-istifadə halları ilə əlaqədar doqquz cinayət işi açılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
612 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...