İndoneziyada 7,3 bal gücündə zəlzələ baş verdi

İndoneziyada 7,3 bal gücündə zəlzələ baş verdi

İyunun 24-də Banda dənizində yerləşən İndoneziya adaları yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Suamlaki yaşayış məntəqəsindən 288 kilometr şimal-qərbdə, ocağı 208,3 kilometr dərinlikdə yerləşib.

İlkin olaraq zəlzələnin maqnitudasının 7,2 olduğu bildirilsə də, sonradan 7,5-ə qaldırılıb və son olaraq 7,3 kimi müəyyən edilib.

Hələlik dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Bundan bir neçə saat qabaq İndoneziyanın şərqində, Yeni Qvineya adalarının Papua əyalətində silsilə zəlzələlər qeydə alınıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
68 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...