Türkiyədə istirahətə gedən azərbaycanlı faciəvi şəkildə öldü - VİDEO

Türkiyədə istirahətə gedən azərbaycanlı faciəvi şəkildə öldü - VİDEO

Türkiyənin Yalova bölgəsinə istirahətə gedən azərbaycanlı gənc faciəvi şəkildə ölüb.

“Haberler”in məlumatına görə, 21 yaşlı Hüseyn Zülfüoğlu Altınova rayonunda qırmızı işıqda velosipedlə yolu keçərkən iki avtomobilin altında qalıb.

Ağır yaralı halda xəstəxanaya çatdırılan H.Zülfüoğlunun həyatını xilas etmək mümkün olmayıb.

Məlumatlara görə, meyit dəfn olunması üçün Azərbaycana göndərilib.

Hadisə yola quraşdırılan müşahidə kamerasına əks olunub.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
556 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...