Türkiyənin qərbində meşələr yanır

Türkiyənin qərbində meşələr yanır
Türkiyənin qərbindəki Balıkesir vilayətində meşələr yanır.

Trend-in məlumatına görə, yanğın 10 hektara yaxın sahəni əhatə edir.

Yanğının qarşısının alınması üçün çoxlu sayda yanğınsöndürmə briqadaları, 6 helikopter cəlb olunub.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Türkiyədə son 10 ildə 24 min meşə yanğını qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
601 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...