Ermənistanın Alaverdi rayonunda sosial partlayış gözlənilir - KİV

Ermənistanın Alaverdi rayonunda sosial partlayış gözlənilir -
Ermənistanın Alaverdi misəritmə kombinatı və Texut mədəninin bağlanması ilə əlaqədar Alaverdi rayonu və ona yaxın kəndlərdə sosial partlayışın baş verəcəyi gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Ermənistanda çıxan “Past” qəzeti yazıb.

Bildirilib ki, hakimiyyətin bu müəssisələri fəaliyyətinin dayandırılmasına etiraz olaraq, şəhərin bütün lojistik sistemi mühasirəyə alınıb, bir neçə avtomobil yolu və dəmir yolu bağlanıb. Alaverdi misəritmə kombinatının əməkdaşları ötən gün Ermənistan-Gürcüstan dəmir yolu xəttini bağlamışdı. Bu addımın atılmasına səbəb isə müəssisənin 200 əməkdaşının işdən çıxarılması göstərilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
542 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...