Venesuela dördüncü peykini buraxmağı planlaşdırır

Venesuela dördüncü peykini buraxmağı planlaşdırır
Venesuela hökuməti 2022-ci ildə Çinin dəstəyi ilə ölkənin dördüncü peykini orbitə buraxmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi Bolivariyadakı Kosmos Agentliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Aymes Kontrerasa istinadən məlumat yayıb.

Aymes Kontreras bildirib ki, Venesuela Quaikaypuro adlı yeni peyk buraxmağı planlaşdırır, hansı ki, "Simon Bolivar" peykini əvəz edəcək və 2022-ci ildə daha güclü olacaq.

Venesuela hakimiyyətinin məlumatına görə, peyk qeyri-neft sektorundan gəlirlərin artırılmasına yardımçı olacaq.
Qeyd edilir ki, Venesuela bu günə qədər Çinin dəstəyi ilə üç peykini orbitə buraxıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
514 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...