İsveçrə hökuməti Gülnarə Kərimovanın 555 milyon dollarını Özbəkistana qaytarmır

İsveçrə hökuməti Gülnarə Kərimovanın 555 milyon dollarını Özbəkistana qaytarmır
İsveçrə hökuməti Özbəkistanın ilk prezidentinin qızı Gülnarə Karimova ilə bağlı iş üzrə müsadirə edilmiş 555 milyon dollarlıq vəsaitin Özbəkistana geri qaytarılması prosesini dayandırıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə onun vəkili Qregori Manja "Twitter"də məlumat verib.
"İsveçrənin Federal Cəza Məhkəməsində üçüncü böyük qələbə. 555 milyon dollar vəsaitin qaytarılması prosesi dərhal təxirə salınıb", - Q.Manja yazıb.

Onun fikrincə, pul vəsaitlərinin köçürülməsinin dayandırılması hüquqlarını qoruduğu Kərimovanın cəzasını çəkdiyi cəzaçəkmə müəssisəsində halının pisləşməsi ilə bağlıdır.

Özbəkistan rəsmiləri bu məlumata hələlik reaksiya verməyib.

Dünən Özbəkistan Ədliyyə Nazirliyindən Gülnarə Kərimovanın saxlanıldığı Daşkənd vilayətindəki qadın koloniyasında yoxlama aparılacağı bildirilmişdi.

Keçmiş prezidentin böyük qızının iki cinayət işi üzrə vurduğu ümumi ziyanın məbləği, təxminən, 2 milyard dollar təşkil edib. Özbəkistan 12 ölkədə onun ümumi dəyəri 1,5 milyard dollardan çox olan aktivlərinin dondurulmasını tələb edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
562 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...