Hindistanda avtobus kanala aşdı, 29 nəfər öldü

Hindistanda avtobus kanala aşdı, 29 nəfər öldü

Hindistanın şimalındakı Aqra şəhərində avtobusun dərəyə aşması nəticəsində ən azı 29 nəfər ölüb.

“RİA “Novosti” xəbər verir ki, bu barədə “India Today” nəşri yazıb.

Bildirilib ki, qəza baş verən ərazidə 27 nəfərin cəsədi aşkar edilib. Daha 16 nəfərin yaralandığı deyilir. Yaralanan şəxslər xəstəxanalara aparılıb.

Uttar Pradeş ştatının polis bölməsi özünün “Twitter” səhifəsində bildirib ki, qəzanı sükan arxasında yatan sürücü törədib.

Belə ki, Lakhnau şəhərindən paytaxt Dehliyə gedən avtobus 4,5 metr dərinlikdə olan dərəyə aşıb.

Son məlumata görə, 20 sərnişin xilas edilib.

Hazırda xilasedicilər hadisə yerində əməliyyatları davam etdirirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
490 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...