Ukrayna Prezidenti 71 rayon administrasiyası rəhbərini işdən çıxardı

Ukrayna Prezidenti 71 rayon administrasiyası rəhbərini işdən çıxardı

Ukrayna Prezidenti Vladimir Zelenski iyulun 9-da 71 rayon dövlət administrasiyası rəhbərini işdən çıxarıb.

Müvafiq sərəncam dövlət başçısının saytında yerləşdirilib.

Buna səbəb kimi Ukraynanın beşinci prezidenti Petro Poroşenkonun səlahiyyət müddətinin bitməsi göstərilir.

Vladimir Zelenskinin mətbuat xidmətinin məlumatına əsasən, Vinnitsa vilayətində 10, Volınsk vilayətində 8, Donetsk vilayətində 3, Dnepropetrovsk vilayətində 1, Jitomir vilayətində 2, Zakarpat vilayətində 3, Kirovoqrad vilayətində 10 və Lvov vilayətində 5 rayon dövlət administrasiyasının rəhbəri işdən qovulub.

AzərTAc xatırladır ki, bir qədər əvvəl Zelenski hökumətin razılığı ilə vilayət dövlət administrasiyasının əksər rəhbərini işdən çıxararaq yenilərini təyin etmişdi. Prezident komandasından verilən məlumata əsasən, administrasiya rəhbərlərinin seçilməsi şəffaf müsabiqə yolu ilə olmalı idi. Lakin sonradan vaxt çatışmazlığı səbəbindən bu ideyadan imtina edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
626 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...