Merkel Danimarkanın baş nazirini ayaq üstə qarşılaya bilmədi

Merkel Danimarkanın baş nazirini ayaq üstə qarşılaya bilmədi
Almaniyada səfərdə olan Danimarkanın baş nazirinin qarşılanma mərasimi keçirilib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Almaniya kansleri Merkelin səhhəti Danimarkanın baş naziri Mette Frederikseni ayaq üstə qarşılamağa imkan verməyib.

Belə ki, rəsmi qarşılanma mərasimi zamanı A. Merkel baş naziri oturaraq qarşılayıb. Danimarkanın baş naziri də Almaniya kanslerinin yanında əyləşib.

Qeyd edək ki, dünən Berlində Finlandiya baş naziri Antti Rinnenin rəsmi qarşılanma mərasimində A. Merkelin səhhətində problem yaranıb.

A. Merkel Ukrayna prezidenti Vladimir Zelenski ilə iyunun 18-də görüşü zamanı titrəməyə başlayıb. Bundan sonra, oxşar hadisə ikinci dəfə Almaniya prezidentinin iqamətgahında baş verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
534 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...