Ali Radanın damına onlar çıxıbmış - FOTO

Ali Radanın damına onlar çıxıbmış -
Ukraynada Ali Radanın damına çıxan şəxslərin kimliyi məlum olub.

“Qafqazinfo” “Obozrevatel”ə istinadən xəbər verir ki, o, parlament spikeri Andrey Parubiyanın köməkçisi Pötr Bodnardır. Mənbə bir müddət sonra onun yanında peyda olan qara paltarlı qadının da kimliyini öyrənə bilib. O, Parubiyanın sekretarlığının başçısı Tatyana Podolskayadır.

Xatırladaq ki, Ali Radanın damına çıxan şəxslərin kimliyi bir neçə gündür sosial şəbəkələrdə geniş müzakirə olunur. Buna əsas verən isə kostyumda olan kişinin, yəni Andrey Parubiyanın zahirən Ukrayna prezidenti Vladimir Zelenskiyə oxşamasıdır.

Ali Radanın damına onlar çıxıbmış -

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
40 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...