Türkiyə ordusu "Pəncə" əməliyyatı çərçivəsində 68 terrorçunu məhv edib

Türkiyə ordusu "Pəncə" əməliyyatı çərçivəsində 68 terrorçunu məhv edib

Türkiyə hərbçilərinin İraqın şimalında keçirdiyi "Pəncə" əməliyyatı ilə aşkarladığı mağaralardan birində 3 PKK terrorçusunun cəsədi tapılıb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində qeyd edilib.
Bununla da əməliyyatın başlanğıcından məhv edilən terrorçuların sayı 68-ə çatıb. "Pəncə-1" əməliyyatı mayın 27-də İraqın şimalında, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərliyi ilə başlayıb.
Qeyd edilir ki, iyulun 12-də yerli vaxtla saat 22:00-da İraqın şimalında yeni "Pəncə-2" antiterror əməliyyatı başlayıb. Terrorçular əleyhinə mübarizəyə artilleriya, helikopterlər və pilotsuz uçuş aparatları cəlb edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
549 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...