ABŞ-da Perunun sabiq prezidenti saxlanılıb

ABŞ-da Perunun sabiq prezidenti saxlanılıb
Perunun sabiq prezidenti Alexandro Toledo Birləşmiş Ştatlarda həbs olunub.

Bu barədə Cənubi Amerika ölkəsinin Prokurorluğu məlumat yayıb.

"Prokurorluq beynəlxalq hüquqi əməkdaşlıq üzrə bölməsi vasitəsi ilə xəbər verir ki, Perunun sabiq prezidenti Alexandro Toledo Manrike bu gün səhər ABŞ-da ekstradisiya qərarına əsasən həbs olunub", - deyə idarənin "Twitter" səhifəsi yazıb.

Prokurorluqda olan məlumata görə, Toledo onun ölkəsinə mümkün ekstradisiyası üzrə proses çərçivəsində ABŞ-ın məhkəmə orqanları qarşısına çıxarılıb.

Alexandro Toledo Perunun prezidenti postunu 2001-2006-ci illərdə tutub. Vətənində ona qarşı korrupsiya ittihamı irəli sürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
560 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...