Türkiyə “F-35”lərə görə doqquz milyard dollar itirəcək

Türkiyə “F-35”lərə görə doqquz milyard dollar itirəcək

Türkiyənin F-35 təyyarələrinin yaradılması proqramından çıxarılması ilə əlaqədar maliyyə itkisi 9 milyard dollar olacaq.

TASS xəbər verir ki, bu barədə Birləşmiş Ştatların müdafiə nazirinin müavini Ellen Lord açıqlama verib.

Onun dediyinə görə, Ankara iş yerlərini və müəyyən gəlirli sazişləri itirəcək.

Pentaqon rəsmisi bildirib ki, Türkiyə F-35 üçün 900-dən çox detal istehsal etməli idi, indi isə bununla ABŞ və digər ölkələr məşğul olacaq.

E.Lord Türkiyənin F-35 proqramına maliyyə yatırımlarının geri qaytarılacağı haqqında danışıqların aparıldığını da açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
522 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...