Sarqsyanın Çexiyada Qonsales olan qardaşı oğlu ekstradisiya ediləcək

Sarqsyanın Çexiyada Qonsales olan qardaşı oğlu ekstradisiya ediləcək

Ermənistanın eks-prezidenti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyanı gizləndiyi Çexiyadan ekstradisiya edə bilərlər.

Bu barədə Ermənistan mətbuatı S.Sarqsyanın keçmiş mühafizəçiləri arasındakı mənbələrə istinadən məlumat verir.

Məlumata əsasən, Çexiyada Franklin Qonsales adı ilə gizlənən N.Sarqsyan artıq bu ilin sentyabrında ekstradisiya oluna bilər.

Xatırladaq ki, 2018-ci il iyunun sonunda polis S.Sarqsyanın qardaşı Aleksandr Sarqsyanın malikanəsində axtarış aparıb. Bundan sonra onun oğlu N.Sarqsyana qarşı qanunsuz silah, döyüş sursatı və narkotik maddələr əldə etmək və saxlamaq ittihamı ilə cinayət işi açılıb. O, beynəlxalq axtarışa verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
524 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...