Tbilisini təbii qazla təmin edən Qazaxıstan şirkəti ləğv olunub

Tbilisini təbii qazla təmin edən Qazaxıstan şirkəti ləğv olunub

Gürcüstanın paytaxtı Tbilisini təbii qazla təmin edən “KazTransQaz - Tbilisi” şirkəti ləğv olunub.

Reportun Gürcüstan bürosu xəbər verir ki, bundan sonra şəhər sakinlərinə “Tbilisi Energy” şirkəti xidmət göstərəcək.

“KazTransQaz - Tbilisi” şirkətində xüsusi idarəetmə rejimi bu ilin mayın 3-də ləğv olunub. Şirkətin səhmlərinin 100%-ni Gürcüstanın biznes qrupu alıb.

Bu gündən etibarən şirkət rebrendinq prosesinə başlayıb.

“Tbilisi Energy”nin prioriteti paytaxtın köhnəlmiş qaz təminatı şəbəkəsinin yenilənməsi olacaq.

Şirkətin hesablamalarına əsasən, hər il 30 mln. lari həcmində investisiya daxilolmaları nəzərdə tutulur.

Qeyd edək ki, “KazTransQaz-Tbilisi” MMC 2006-cı ildə Qazaxıstanın “KazTransQaz” SC tərəfindən yaradılıb. Həmin il “KazTransQaz” SC və Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi arasında Tbilisi və ətraf rayonların qazla təminatı ilə bağlı memorandum imzalanıb.

2009-cu ilin aprelindən böyük kredit borcuna görə “KazTransQaz - Tbilisi” MMC-də xüsusi idarəetmə rejimi tətbiq olunub. O zaman şirkətin borcu 80 mln. lari təşkil edib.

“KazTransQaz - Tbilisi”ni Gürcüstanın CBS investisiya şirkətinə məxsus WALTBAY şirkəti 2018-ci ilin oktyabrında 40 mln. dollara alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
532 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...