“İfritə ovu” başlamadan bitdi: Məhkəmə iddianı rədd etdi

“İfritə ovu” başlamadan bitdi: Məhkəmə iddianı rədd etdi
ABŞ məhkəməsi 2016-cı ildə keçirilən prezident seçkisində Demokrat Partiyasının qərargahındakı kompüterlərə rusiyalı hakerlərin hücumuna dair iddianı rədd edib.

Gundeminfo.az xəbər verir ki, iddianı Hillari Klintonun Partiyasının Milli Komitəsi təqdim edib. Cavabdeh tərəf kimi Rusiya və Klinton barədə məlumatları yayımlayan “WikiLeaks" göstərilib. Həmçinin Donald Trampın seçki qərargahının üzvlərinin də prosesə cəlbi nəzərdə tutulub. Ancaq məhkəmə işi bağlayıb və bunu onunla əlaqələndirib ki, ABŞ-da ayrı-ayrı dövlətlərə qarşı məhkəmə iddialrına baxılmır. Bu, beynəlxalq hüququn subyektidir.

Seçkidə Donald Tramp məhkəmənin qərarını alqışlayıb. Onun sözlərinə görə, "ifritə ovu" başa çatıb.

Demokratlar isə bu qərarla razılaşmırlar. Artıq onlar 2020-ci ildəki seçkiyə hazırlıq məqsədilə nümizədlər arasında debatlara başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
553 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...