Ağ Evin qarşısında hasar ucaldılır

Ağ Evin qarşısında hasar ucaldılır
ABŞ-da Ağ Evin qarşısında Pensilvaniya prospekti tərəfdən hasar tikintisinə başlanılıb.

“Report” ölkənin Milli Park Xidmətinin saytına istinadən xəbər verir ki, təqribən, 2 metr hündürlükdə olan mövcud hasar əvəzinə, ikiqat hündür, 13 futluq hasar ucaltmaq nəzərdə tutulur.

Müvafiq mühafizə cihazları ilə təchiz olunacaq yeni hasara kənar şəxslərin yaxınlaşması mümkünsüz olacaq.

Vaşinqtonda turistlərin də ən çox baş çəkdiyi Ağ Evi yenidən hasarlamaq planının kənar şəxslərin oraya girməyə cəhdlərilə əlaqədar olaraq, ortaya çıxdığı bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
564 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...