“İranda qadınların stadionlara getməsi üçün heç bir qadağa yoxdur” - Prezidentin müavini

“İranda qadınların stadionlara getməsi üçün heç bir qadağa yoxdur” -
“İranda qadınların futbol qarşılaşmasını stadiondan izləməsi üçün heç bir qadağa yoxdur”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidentinin hüquq məsələləri üzrə müavini Ləya Cüneydi deyib.

O, qanunvericilikdə belə bir qadağanın olmadığını vurğulayıb.

“Mənim fikrimcə, qanunla qadağan edilməyibsə, deməli, onu etmək olar. Aidiyyəti qurumlar qadınların stadiona gedə bilməsini təşkil etməlidir. Bu məsələ ilə Gənclər və İdman Nazirliyi məşğuldur. Lakin ehtiyac olduğu təqdirdə, biz də onlara yardım edə bilərik. Mən qadınların stadionlara getməsinə heç bir maneə görmürəm”, - deyə o əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
524 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...