“Beynəlxalq Ordu Oyunları”nda İrana məxsus tank tüstülənib

“Beynəlxalq Ordu Oyunları”nda İrana məxsus tank tüstülənib
Rusiyanın Moskva vilayətində davam edən “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında İrana məxsus tank tüstülənib.

Trend-in məlumatına görə, hərəkət zamanı iranlı heyət üzvləri mühərrikin sərinləndirmə sisteminin jalüzünü açmadığı üçün mühərrik qızıb və tüstülənmə başlayıb.

Təminat xidmətinin çevik reaksiyası nəticəsində tüstülənmənin qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

Azərbaycan hərbçilərinin də qatıldığı “Beynəlxalq Ordu Oyunları-2019” yarışları avqustun 3-dən 17-dək 10 dövlətin ərazisində keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
515 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...