Yaponiyada onlarla insan istidən öldü

Yaponiyada onlarla insan istidən öldü

Yaponiyada həftə ərzində 57 nəfər isti havanın qurbanı olub.

Daha 18 min nəfər isə günvurma nəticəsində xəstəxanaya yerləşdirilib.

Bütün ölkə ərazisində anomal isti hava şəraiti hökm sürür. Bəzi yerlərdə havanın temperaturu 39 dərəcə istiyə çatıb.

Ölənlərin arasında çox sayda yaşlı insanlar var. Onlar qənaət etmək məqsədi ilə kondisioner işlətməyiblər.

Xatırladaq ki, ötən il Yaponiyada temperaturun rekord dərəcədə yüksək olmasına görə 150-dən çox insan ölmüşdü, on minlərlə insan isə xəstəxanaya yerləşdirilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
543 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...