Dünya bazarında qızılın qiyməti kəskin bahalaşıb

Dünya bazarında qızılın qiyməti kəskin bahalaşıb[/center][justify]Bu gün ABŞ-ın Nyu-York əmtəə birjasında qızılın 1 unsiyasının qiyməti 2013-cü ilin aprel ayından bəri ilk dəfə 1 500 dolları keçərək 1 503 dollarda qərarlaşıb.

BAKU.NEWS bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Eyni prosesin London əmtəə birjasında da getdiyi bildirilir. Analitiklərin fikrincə, ABŞ və Çin arasında ticarət müharibəsinin yenidən qızışması, qlobal iqtisaid artımın ləngiməsi, dünyanın mərkəzi banklarının pul-kredit siyasətini yumşatması fonunda investorların qızıla tələbatı artıb. Odur ki, qiymətli metal bahalaşmaqdadır. İlin əvvəli ilə müqayisədə qızıl, təxminən, 17% dəyər qazanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
566 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...