"Lekima" qasırğası Çində 44 nəfərin həyatına son qoydu

"Lekima" qasırğası Çində 44 nəfərin həyatına son qoydu

Çinin şərqində "Lekima" qasırğasının qurbanlarının sayı 44 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Çinin daşqınlarla mübarizə üzrə Qərargahının məlumatında deyilir.

Məlumata əsasən, Çjetsyan əyalətində ölənlərin sayı 39 nəfərə çatıb, 9 nəfər isə itkin düşmüş sayılır. Ölkənin Şandun əyalətində qasırğa 5 nəfərin həyatına son qoyub, 7 nəfər isə itkin düşmüş sayılır.

Bildirilir ki, qasırğa Çjetsyan əyalətinə 24,2 milyard yuan (3,4 milyard dollar), Şandun əyalətinə isə 1,6 milyard yuan (təxminən 200 milyon dollar) birbaşa iqtisadi ziyan vurub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
501 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...