"Türkiyə və ABŞ-ın birgə hərəkat mərkəzi yax;n zamanda qurulacaq" - Hulisi Akar

"Türkiyə və ABŞ-ın birgə hərəkat mərkəzi yax;n zamanda qurulacaq" -

Türkiyənin milli müdafiə naziri Hulusi Akar rəsmi Ankara ilə ABŞ-ın Suriya böhranının həlli ilə bağlı danışıqlar apardığını açıqlayıb.

NTV xəbər verir ki, Hulusi Akar Türkiyə və ABŞ-ın birgə hərəkat mərkəzinin yaxın zamanlarda qurulacağını bildirib.

“Bizim B və C planlarımız hazırdır, bununla bağlı addımlar atacağıq”, - deyə H.Akar əlavə edib.

Nazir Suriyada “sülh dəhlizi”nin eninin 30-40 kilometr olmasının vacibliyini vurğulayıb.

O, Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemlərinin ikinci batareyasının yerləşdirilməsi üçün məkanların seçilməsi istiqamətində işlərin görüldüyünü də diqqətə çatdırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
501 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...