Təyyarə Londonda divara çırpıldı

Təyyarə Londonda divara çırpıldı

Londonun Qatvik hava limanında “Norwegian Air” aviaşirkətinə məxsus “Boinq 787 Dreamliner” tipli sərnişin təyyarəsi yedəkdə daşınma zamanı qəza törədib.

APA xəbər verir ki, hava limanının əməkdaşları təyyarəni geriyə doğru dartan zaman ara məsafəsini qorumayıblar. Nəticədə təyyarə aeroportun səskeçirməyən hasarına çırpılıb və onun quyruq hissəsi zədələnib.

Həmin vaxt təyyarənin göyərtəsində təxminən 300 nəfər olub və Londondan Nyu Yorka uçmalı imiş. Bundan sonra bütün sərnişinlər təxliyyə olunub və onlar digər təyyarə ilə səfərlərini davam etdiriblər



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
700 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...