Ermənistan sərhədçisi rüşvət aldığına görə həbs edilib

Ermənistan sərhədçisi rüşvət aldığına görə həbs edilib

Ermənistan Milli Təhlükəsizlik Xidməti sərhəd qoşunlarının hərbçisini rüşvət almaqda şübhəli bilərək həbs edib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumat Ermənistan Milli Təhlükəsizlik Xidmətinin saytında yayılıb.

Bildirilib ki, sərhəd qoşunlarının hərbçisi Ermənistan vətəndaşı olan bacı və qardaşı Milli Təhlükəsizlik Xidmətində iş düzəltmək adı ilə onlardan rüşvət alıb.

İstintaq materiallarına əsasən, hadisə 2018-ci ilin sentyabr-dekabr aylarında baş verib.

Hərbçi bu və başqa məsələlərlə bağlı həmin şəxslərdən 6,5 min dollar məbləğində pul alıb.
Fakt üzrə cinayət işi başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
522 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...