Rusiyada azərbaycanlını beysbol ağacı ilə döydülər

Rusiyada azərbaycanlını beysbol ağacı ilə döydülər

Tatarıstanın Naberejnıye Çelnı şəhərində 15 və 16 yaşlı yeniyetmələr 25 yaşlı Azərbaycan vətəndaşına hücum ediblər.

Maskalanmış şəxslər beysbol ağacı və bizlə silahlanaraq azərbaycanlının mənzilinə soxulublar.

İlkin məlumata görə, yeniyetmələr onun baş nahiyəsinə bizlə azı iki zərbə endirib, sonra beysbol ağacı isə vurublar. Qonşu otaqdan səs-küyə çıxan azərbaycanlının dayısı da hücum edənlər tərəfindən döyülüb.

Hadisə yerindən qaçan yeniyetmələrin şəxsiyyətləri sonradan müəyyən edilərək onlardan maska və silahlar götürülüb.

Məlumata əsasən, hücum edənlər bazarda azərbaycanlının yanında işləyiblər və onun pulunu ələ keçirmək istəyiblər.

Faktla bağlı “quldurluq” maddəsi üzrə cinayət işinin açılacağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
521 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...