Gürcüstanın turizmdən gəliri azalıb

Gürcüstanın turizmdən gəliri azalıb

Ötən ay Gürcüstan turizmdən 374,7 mln. dollar gəlir əldə edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Bankının analitik hesabatında bildirilib.
İllik müqayisədə qonşu ölkənin turizmdən gəliri 57,8 mln. dollar və ya 13,3% azalıb.

Yanvar-iyul aylarında isə Gürcüstanın turizmdən qazancı 1 830,7 mln. dollar təşkil edib. Ən çox gəlir iyul, ən az gəlir isə 164,5 mln. dollar olmaqla yanvar ayının payına düşüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
565 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...