Polşa Rusiyanı qorxutmaq üsulunu təklif etdi

Polşa Rusiyanı qorxutmaq üsulunu təklif etdi

Polşanın xarici işlər naziri Yatsek Çaputoviç Rusiyanı qorxutmaq üsulunu açıqlayıb.

Bu barədə “Polsat” teleşirkəti xəbər verir.

Onun sözlərinə görə, ABŞ qoşunlarının Qərbi Avropadansa, Polşada yerləşdirilməsi Rusiyanı daha çox qorxudacaq. XİN başçısı vurğulayıb ki, ABŞ hərbçilərinin yaxınlıqda, NATO-nun şərq sərhədində olması faktoru “çox vacib, qorxuducu rol oynayır”.

“Rusiya Polşada Beynəlxalq Qoşunları, xüsusən də ABŞ ordusunu gördükdə, hərbi yola əl atmamışdan qabaq iki dəfə düşünəcək", - deyə Çaputoviç bildirib.

O, həmçinin ABŞ prezidenti Donald Trampın avqustun 31-dən sentyabrın 2-dək Varşavaya səfəri zamanı amerikalı əsgərlərin Şərqi Avropaya gətirilməsi ilə bağlı planların konkretləşdiriləcəyinə ümidvar olduğunu bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
603 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...