81 yaşlı kral ürəyindən əməliyyat olundu

81 yaşlı kral ürəyindən əməliyyat olundu

İspaniya kralı Xuan Karlos bu gün ürəyindən əməliyyat olunub.

"RİA-Novosti" əməliyyatın aparıldığı klinika təmsilçisinə istinadən xəbər verir.

İspaniyanın ictimai televiziyasına açıqlama verən klinika rəhbəri əməliyyatın uğurla keçdiyini deyib. Kral reabilitasiya üçün intensiv terapiya şöbəsinə yerləşdirilib.

O, üçqat koronar şuntlama əməliyyatı keçirib.
Hazırkı Kral VI Felipe anası kraliça Sofiya ilə birgə xəstəxanaya gəliblər.

May ayında bildirilmişdi ki, Xuan Karlos kral ailəsinin üzvü kimi öhdəliklərini yerinə yetirə bilməyəcək. O, 2 iyun 2014-cü ildə oğlunun xeyrinə taxt-tacdan imtina etdikdən sonra ictimai tədbirlərdə iştirak etmirdi.

81 yaşlı I Xuan Karlos 39 il İspaniyanı idarə edib. Taxt-tacdan imtina etsə də, hələ də kral titulunu daşıyır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
500 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...