Yaponiyada yüz minlərlə insan təxliyyə olunur

Yaponiyada yüz minlərlə insan təxliyyə olunur

Yaponiya hökuməti ölkənin qərb hissəsinin üç prefekturasında leysan yağışlar nəticəsində yaranan daşqın və sürüşmə təhlükəsi ilə əlaqədar 847,5 min nəfəri təxliyə edir.

"RİA Novosti" xəbər verir ki, bu barədə ölkə FHN-in Baş Yanğın İdarəsi məlumat yayıb.

Məlumata əsasən, təxliyyə haqqında sərəncam Saqa, Fukuoka və Naqasaki prefekturalarında yaşayan sakinlərə çatdırılıb. 14 şəhərdə 355 mindən çox ev dağılma təhlükəsi ilə üzləşib.

Daha öncə daşqın nəticəsində üç nəfərin öldüyü barədə məlumat yayılmışdı.

"Kiodo" agentliyinin məlumatına görə, Saqa şəhərinin dəmiryol vağzalını su basıb.

Küsü adasının şimalında və Tokioya yaxın rayonlarda güclü yağışların yaxın 24 saat ərzində davam edəcəyi gözlənilir.

Yaponiyada yağışlar uzunmüddətli istilərdən sonra yağmağa başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
694 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...