"Taliban" daha bir şəhərə hücum edib, qubernatorun evi mühasirədədir

"Taliban" daha bir şəhərə hücum edib,

Taliban mlitantlarının ABŞ-ın xüsusi nümayəndəsinin ölkədə 18 ilə yaxındır davam edən müharibənin dayandırılması ilə bağlı danışıqlarda razılaşmanın əldə edilməsinə yaxın olduğunu bildirdiyi vaxt iki gündə Əfqanıstanın ikinci şəhərində bomba hücumu keçirdiyi bildirilir.

Əfqanıstanın şimalında eyniadlı vilayətin paytaxtı olan strateji Kunduz şəhərində qanlı hücumdan bir gün sonra Taliban militantları sentyabrın 1-də Baqlan vilayətinin paytaxtı Pul-e-Khumridə hücum keçiriblər.

Talibanın sözçüsü Zabihullah Mücahid qrupun döyüşçülərinin Pul-e-Xumri ətrafında Əfqanıstanın təhlükəsizlik qüvvələrinin postlarına hücum etdiyini və hazırda onların vilayətin paytaxtında olduqlarını bildirib.

"Qubernatorun evi blokada altındadır və düşmən ağır itkilərə məruz qalıb," Mücahid bildirib.

Əfqnıstanın daxili işlər naziri Nasrat Rahimi bildirib ki, militantlar Pul-e-Xumridə iki yerdə mövqe tutub və Əfqanıstan təhlükəsizlik qüvvələrinə qarşı döyüşürlər.

Şənbə günü Taliban Əfqanıstanın əsas strateji şəhərlərindən biri olan Kunduza müxtəlif istiqamətlərdən hücum edib. Şəhərdə Əfqanıstan təhlükəsizlik qüvvələri ilə gün ərzində intensiv döyüşlər gedib. Taliban Kunduzda ələ keçirilən mövqelərə nəzarəti saxladığında təkid edir. Əfqanıstan rəsmiləri isə hökumət qüvvələrinin hücumçuları məğlub etdiyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
511 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...