Maradona Argentina "Ximnasiya"sının baş məşqçisi oldu

Maradona Argentina "Ximnasiya"sının baş məşqçisi oldu

Əfsanəvi Dieqo Maradona "Ximnasiya və Esqrima" (Argentina) futbol klubunun baş məşqçisi təyin olunub.

"Gazeta.ru" xəbər verir ki, 58 yaşlı mütəxəssislə müqavilə cari mövsümün sonuna kimi imzalanıb.

Qeyd edək ki, "Ximnasiya" Argentina çempionatında sonuncu - 24-cü yeri tutur. Komanda beş matçdan sonra cəmi bir xal yığa bilib.

"Ximnasiya" Argentinanın ən köhnə klublarından biridir. Onun əsası 1887-ci ildə qoyulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
591 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...