Məhkəmə Robert Koçaryanı həbsdə saxlayıb

Məhkəmə Robert Koçaryanı həbsdə saxlayıb
Yerevan Ümumi Məhkəməsi 2008-ci ilin mart hadisələrilə bağlı Konstitusiya quruluşunu devirməklə bağlı ittiham əsasında barəsində həbs qətimkan tədbiri seçilmiş Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsdə qalması barədə qərar çıxarıb.
“Report” TASS-a istinadən xəbər verir ki, sabiq prezidentin vəkilləri məhkəmənin iclası zamanı onu girov müqabilində azad edilməsi barədə vəsatət qaldırıblar. Müttəhim bununla bağlı girov müqabilində azadlığa buraxılacağı təqdirdə, istintaqdan yayınmaq fikrində olmadığını bildirib.
“İstintaqdan gizlənməyimi dilə gətirməyin özü belə heysiyyətimə toxunur”, - R.Koçaryan qeyd edib.
Bundan əvvəl Ermənistan Cinayət Məcəlləsinin R.Koçaryanın həbsinə əsas olan 35-ci maddəsi Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyaya zidd elan edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
508 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...