ABŞ rusiyalı deputatlara viza vermədi

ABŞ rusiyalı deputatlara viza vermədi

Rusiya Federasiya Şurasının bir neçə üzvünə BMT Baş Assambleyasında iştirak etmələri üçün ABŞ vizası verilməyib.

Trend-in məlumatına görə, Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Konstantin Kosaçov və digər 9 nəfər ABŞ-a səfər edə bilməyib.

Vizaların verilməməsinin səbəbləri barədə məlumat verilmir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu məsələni ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə müzakirə edəcəyini deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
453 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...