Buffon Maldiniyə məxsus rekordu təzələyib

Buffon Maldiniyə məxsus rekordu təzələyib
İtaliya "Yuventus"unun qapısıçı Canluici Buffon klub səviyyəsində yeni rekord müəyyənləşdirib.

"Report"un məlumatına görə, 41 yaşlı qolkiper buna VI turda SPAL komandası ilə A Seriyasının VI tur matçına start heyətdə çıxmaqla nail olub. O, klub səviyyəsində oyunlarının sayını 903-ə çatdıraraq, "Milan"ın sabiq müdafiəçisi Paolo Maldinini geridə qoyub.

Qeyd edək ki, Canluici Buffon oyunlarından 25-ni Fransa PSJ-sinin, 220-ni "Parma"nın, 658-ni isə "Yuventus"un heyətində keçirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
480 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...