Lukaşenko Ukraynaya gedir

Lukaşenko Ukraynaya gedir
Belarus Prezidenti Aleksandr Lukaşenko oktyabrın 4-də Ukraynaya səfər edəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Belarus Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Səfərdə məqsəd Jitomirdə keçiriləcək Belarus və Ukrayna regionlarının İkinci Forumuna qatılmaqdır.

Lukaşenko burada Ukrayna Prezidenti Vladimir Zelenski ilə də görüşəcək.

“Liderlər müxtəlif sahələrdə Belarus-Ukrayna əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivlərini ətraflı müzakirə edəcək, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar”, - deyə məlumatda qeyd edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
519 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...