“Volkswagen” Türkiyədə avtomobil zavodunun tikintisindən imtina etdi

  “Volkswagen” Türkiyədə avtomobil zavodunun tikintisindən imtina etdi
Almaniyanın avtomobil nəhəngi “Volkswagen” Türkiyədə yeni zavodun tikintisindən imtina edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi nümayəndələri açıqlamasında bildirib.

“Volkswagen AG direktorlar şurası yeni zavodun tikintisi ilə bağlı qərarı dondurublar”.

Almaniya mətbuatı şirkətin İzmir yaxınlığında tikiləcək zavoda 1 milyard avro vəsait qoymağı planlaşdırdığını yazır. Bunun sayəsində, “Volkswagen”nin ildə 300 min avtomobil buraxması gözlənilirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
554 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...