Trampın ticarət müşaviri vəzifəsindən azad olur

Trampın ticarət müşaviri vəzifəsindən azad olur

ABŞ prezidenti Donald Trampın ticarət müşaviri cümə günü istefa verəcək.

Trend-in məlumatına görə, Kelli Enn Şou Trampın Çinlə ticarət anlaşması danışıqlarında məsləhətçilərindən biri idi və o, zirvə görüşlərindən əvvəl xarici liderlərlə də danışıqlar aparırdı.

Reuters-in Ağ Evdəki mənbələrinə görə, Kelli Enn Şou özəl sektora keçmək üzrədir, lakin gələcək vəzifəsi barədə ətraflı məlumat verilmir. Tramp administrasiyasının nümayəndələri boş qalan vəzifəni kimin tutacağını deməyiblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
602 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...