Türkiyənin axtarışa verdiyi daha iki terrorçu məhv edildi

Türkiyənin axtarışa verdiyi daha iki terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələrinin və Milli Təhlükəsizlik Təşkilatının (MİT) İraqın şimalında keçirdiyi antiterror əməliyyatı zamanı zərərsizləşdirilən terrorçulardan daha ikisinin axtarışda olduğu müəyyən edilib.

AzərTAc xəbər verir ki, təhlükəli PKK terrorçularından olan "Gülçiya" ləqəbli Servet Aydın və "Tekoşin Batman" ləqəbli Söyləməz Yaşar İraqın şimalındakı Qara bölgəsində zərərsizləşdiriliblər. Onların hər ikisi terror düşərgələrinə endirilən aviazərbələrlə məhv edilib.

Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən axtarılan həmin terrorçuların tapılması üçün böyük məbləğdə mükafat nəzərdə tutulurdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
512 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...