Rusiya 300-ə yaxın çeçeni Suriyaya göndərdi

Rusiya 300-ə yaxın çeçeni Suriyaya göndərdi

Rusiya Çeçenistandan olan 300-ə yaxın hərbi polisi Suriyaya göndərib.

Bu barədə TASS Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, Rusiyadan 300-ə yaxın hərbi polis əməkdaşı kürd qoşunlarının Türkiyə ilə sərhəddən çıxarılmasına kömək etmək üçün Suriyaya aparılıb.

Onlar sərhəd ərazilərində patrul xidməti aparacaq, eyni zamanda Suriya-Türkiyə sərhədindən 30 kilometr məsafədə kürd silahlılarının çıxarılmasına kömək edəcəklər.

Azvision.az xatırladır ki, bir neçə gün əvvəl Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Soçidə aparılmış danışıqların nəticəsi olaraq 10 bənd üzrə anlaşma memorandumu imzalanıb. Tərəflər 150 saat ərzində Suriya-Türkiyə sərhədindən 30 kilometr məsafədə kürd qoşunlarının çıxarılması və birgə patrul dəstələrinin ərazidə yerləşdirilməsinə dair razılığa gəliblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
519 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...