Polis İslam Kadırov barəsində araşdırmalara başlayıb

 Polis İslam Kadırov barəsində araşdırmalara başlayıb
Çeçenistan Respublikasının Qroznı şəhərinin keçmiş meri İslam Kadırov barəsində qalmaqallı videolar yayıldıqdan sonra polis tərəfindən araşdırma başlayıb.

Azvision.az RİA “Novosti”yə istinadən xəbər verir ki , bunu şəhərin Daxili İşlər Nazirliyinin cinayət axtarış şöbəsinin rəis müavini Salambek Mutiyev deyib. O, qeyd edib ki, video ilə bağlı prosessual qərar qanunla müəyyən edilmiş müddətdə veriləcək.

“Qroznıy” televiziya kanalının təqdim etdiyi videoda Kadırovun yerli sakinlərlə pis rəftarı barədə görüntülər yer alıb. Görüntülərdə Kadırovun dələduzluq şübhəsi ilə saxlanılan yerli sakinlərlə kobud söhbət etdiyi, elektroşokdan istifadə etdiyi və şübhəli şəxsləri terrorizmin maliyyələşdirilməsində yalan ittiham ilə hədələdiyi göstərilib.

Digər bir görüntüdə Kadırovun mühafizəçiləri kommunal xidmətləri verə bilməyən ödəyicilərlə kobud davranır, əllərini burur.

İslam Kadırov karyerasına hüquq-mühafizə orqanlarından başlayıb, Çeçenistan baş nazirinin müavini vəzifəsində çalışıb, 2012-ci ildə Qroznı şəhərinin meri seçilib. 2015-ci ildə Çeçenistan hökumətinə rəhbərlik edib. Hazırda hüquq-mühafizə orqanlarında işləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
614 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...